Təhlükəsizlik

Saytınızın təhlükəsizliyi üçün 7 addım

2 sentyabr 2026
Saytınızın təhlükəsizliyi üçün 7 addım

Hücumların əksəriyyəti konkret sayta yönəlmir — botlar internetdəki minlərlə saytı avtomatik yoxlayır və köhnəlmiş, zəif qorunanları tapır. Aşağıdakı addımlar riski xeyli azaldır.

  1. Hər şeyi yenilənmiş saxlayın. WordPress nüvəsi, mövzu və plaginlər — köhnə versiyalar ən çox istifadə olunan boşluqdur.
  2. İstifadə etmədiyiniz plaginləri silin. Deaktiv plagin də təhlükə mənbəyi ola bilər.
  3. Güclü və təkrarlanmayan parollar. Admin panel, hostinq və e-poçt üçün fərqli, uzun parollar istifadə edin; parol menecerindən yararlanın.
  4. İki addımlı giriş (2FA). Parol oğurlansa belə, telefonunuzdakı kod olmadan giriş mümkün olmur.
  5. Müntəzəm ehtiyat nüsxə. Backup-ın olması kifayət deyil — ondan bərpanın işlədiyini də yoxlayın.
  6. SSL (https). Ziyarətçilərin məlumatı şifrələnmiş ötürülür, brauzer xəbərdarlıq göstərmir.
  7. Girişləri məhdudlaşdırın. Admin hesablarını yalnız lazım olan şəxslərə verin, işdən çıxan əməkdaşın girişini dərhal bağlayın.

Bu işləri özünüz görmək istəmirsinizsə, texniki dəstək paketlərimiz yeniləmələri, ehtiyat nüsxələri və monitorinqi öz üzərinə götürür: Xidmətlər.