FAQ

Tez-tez verilən suallar

Müddət layihənin həcmindən asılıdır — sadə sayt bir neçə gündə, mürəkkəb layihələr bir neçə həftədə tamamlanır. Dəqiq müddəti ilkin görüşdə bildiririk.

Adətən layihə əvvəlində beh, təhvil zamanı qalan hissə ödənilir. Ödəniş şərtləri müqavilədə dəqiqləşdirilir.

Bəli, təhvildən sonra da texniki dəstək və yeniləmə xidmətləri təklif edirik.

Bəli, tələb olunarsa hosting və domen məsələlərini də sizin üçün həll edirik.

Başlamaq üçün sadəcə hesab yaradıb (my.icode.az/register) iki yoldan birini seçə bilərsiniz: 1) Hazır xidmət paketlərindən birini "Xidmətlər" bölməsindən birbaşa sifariş edin, və ya 2) "Təklif tələb et" düyməsi ilə layihənizin təsvirini (əhatə dairəsi, istəyə bağlı büdcə aralığı və vaxt çərçivəsi) yazaraq fərdi qiymət təklifi istəyin. Loqo, mətn və şəkilləriniz hazırdırsa paylaşa bilərsiniz, amma başlamaq üçün hazır olmaları şərt deyil — komandamız prosesdə sizinlə əlaqə saxlayacaq. Domen və hostinq də bizim tərəfimizdən əldə oluna bilər.

Hesab

Sayt üzərindən (my.icode.az/register) ad, e-poçt və şifrənizi daxil edərək bir neçə saniyəyə hesab yarada bilərsiniz. Qeydiyyatdan sonra e-poçtunuza təsdiq linki göndərilir.
Profil səhifəsində "Telefon nömrəsi" bölməsindən nömrənizi daxil edib "Kod göndər" düyməsinə basın. SMS ilə gələn 6 rəqəmli kodu daxil edərək təsdiqləyin. Kod 10 dəqiqə etibarlıdır.
Giriş səhifəsindəki "Şifrəni unutmusunuz?" linkindən e-poçt ünvanınızı daxil edin — sizə şifrə bərpası üçün link göndəriləcək.
Hesabınıza daxil olduqdan sonra "Profil" bölməsindən ad, soyad və şifrənizi yeniləyə bilərsiniz.

Balans və ödəniş

"Pul kisəsi" bölməsindən "Balansı artır" düyməsinə basaraq məbləği daxil edin və bank köçürməsi təlimatlarını əldə edin. Köçürmə edildikdən sonra bizim tərəfimizdən təsdiqlənən kimi balansınıza əlavə olunur.
Minimum 20 AZN, maksimum 10,000 AZN-dir (bir əməliyyat üçün).
Bank köçürməniz təsdiqləndikdən sonra balansınız dərhal yenilənir. Təsdiq adətən bir neçə saat çəkir, bank iş saatlarından asılıdır.
Hazırda yalnız bank köçürməsi ilə balans artırma mövcuddur.

Bonus və Loyallıq

Bonus balans — balans artırdıqda (məbləğə görə 3-12% əlavə), dostunuzu dəvət etdikdə, sifariş üçün rəy yazdıqda qazandığınız həvəsləndirici vəsaitdir. Real pul deyil, nağdlaşdırıla bilməz, yalnız Platformada xidmət ödənişinin bir hissəsini örtmək üçün istifadə olunur.
200 AZN-dən çox artırımda 3%, 500 AZN-dən 5%, 1000 AZN-dən 8%, 3000 AZN-dən isə 12% bonus əlavə olunur. Bonus 180 gün ərzində etibarlıdır.
Bir sifarişin maksimum 50%-i bonus balansdan ödənilə bilər, qalan hissə əsas balansdan tutulur.
Son 12 ayda xərclədiyiniz məbləğə görə avtomatik səviyyəyə keçirsiniz: Bronze (0 AZN, endirim yoxdur), Silver (1,000 AZN+, 5% endirim), Gold (5,000 AZN+, 10% endirim), Platinum (15,000 AZN+, 15% endirim). Endirim hər sifarişdə avtomatik tətbiq olunur.

Referral proqramı

Referral linkinizlə qeydiyyatdan keçən dostunuz ilk dəfə 50 AZN-dən çox balans artırdıqda, həm siz, həm də o, artırılan məbləğin 10%-i qədər bonus qazanırsınız (maksimum 100 AZN).
"Referral" bölməsində öz unikal linkiniz və dəvət etdiyiniz istifadəçilərin siyahısı göstərilir.

Sifariş və Abunəlik

"Sifarişlərim" bölməsində bütün sifarişlərinizin cari statusunu (ödəniş gözlənilir, icrada, tamamlanıb və s.) görə bilərsiniz.
Balansınız kifayət etmirsə, abunəlik 7 gün "gecikmə" (grace) müddətinə keçir — bu müddətdə xidmət davam edir. Balans artırılmazsa abunəlik dayandırılır, 30 gün sonra isə tam ləğv olunur (expired). İstənilən anda balansınızı artırıb "Müddəti artır" düyməsi ilə davam edə bilərsiniz.
Bəli, "Abunəliklərim" bölməsindən avtomatik yenilənməni deaktiv edə bilərsiniz — cari dövr sona çatana qədər xidmət davam edir.
Sifariş və ya təklif qəbulu zamanı ödəniş formasında promo kod sahəsinə kodu daxil edin — endirim avtomatik hesablanacaq.

Dəstək

"Dəstək müraciətləri" bölməsindən "Yeni müraciət" düyməsinə basaraq mövzu, kateqoriya və mesajınızı yazın. İstəsəniz şəkil, PDF və ya sənəd əlavə edə bilərsiniz (maksimum 5 fayl, hər biri 10 MB-a qədər).
"Sənədlər" bölməsindən sifariş və ödənişlərinizlə bağlı bütün sənədləri (faktura və s.) yükləyə bilərsiniz.
Zəng işarəsi (bildirişlər) bölməsindən bütün bildirişlərinizi görə, oxunmuş kimi işarələyə bilərsiniz.