FAQ

Tez-tez verilən suallar

Müddət layihənin həcmindən asılıdır — sadə sayt bir neçə gündə, mürəkkəb layihələr bir neçə həftədə tamamlanır. Dəqiq müddəti ilkin görüşdə bildiririk.

Adətən layihə əvvəlində beh, təhvil zamanı qalan hissə ödənilir. Ödəniş şərtləri müqavilədə dəqiqləşdirilir.

Bəli, təhvildən sonra da texniki dəstək və yeniləmə xidmətləri təklif edirik.

Bəli, tələb olunarsa hosting və domen məsələlərini də sizin üçün həll edirik.

Başlamaq üçün sadəcə hesab yaradıb (my.icode.az/register) iki yoldan birini seçə bilərsiniz: 1) Hazır xidmət paketlərindən birini "Xidmətlər" bölməsindən birbaşa sifariş edin, və ya 2) "Təklif tələb et" düyməsi ilə layihənizin təsvirini (əhatə dairəsi, istəyə bağlı büdcə aralığı və vaxt çərçivəsi) yazaraq fərdi qiymət təklifi istəyin. Loqo, mətn və şəkilləriniz hazırdırsa paylaşa bilərsiniz, amma başlamaq üçün hazır olmaları şərt deyil — komandamız prosesdə sizinlə əlaqə saxlayacaq. Domen və hostinq də bizim tərəfimizdən əldə oluna bilər.
Bəli. Kabinetdə profilinizdə hesab növünü "Hüquqi şəxs" seçib şirkət adını, VÖEN-i və hüquqi ünvanı daxil edin — hesab-faktura, qəbz və digər sənədlər şirkətiniz adına tərtib olunacaq. Ödəniş bank köçürməsi ilə şirkət hesabından edilə bilər.
Fərdi layihələr üzrə ödəniş şərtləri və müddətlər müqavilədə təsbit olunur. Müqavilə, akt və digər sənədlər kabinetdəki "Sənədlər" bölməsində PDF formatında saxlanılır.
Hazır xidmətlərin və paketlərin qiyməti sabitdir — onları kabinetdən birbaşa sifariş edə bilərsiniz, saytın tərkibini isə "Sayt Konstruktoru" ilə özünüz seçə bilərsiniz. Tələbləriniz standart seçimlərə sığmırsa (fərdi dizayn, inteqrasiyalar, mürəkkəb funksionallıq), "Təklif tələb et" ilə layihəni təsvir edin — sizin üçün fərdi qiymət təklifi hazırlayırıq.

Hesab

Qeydiyyat səhifəsində (my.icode.az/register) ad, soyad, telefon nömrəsi və şifrənizi (ən azı 10 simvol) yazın. E-poçt istəyə bağlıdır, amma hesab-faktura və bildirişlər üçün tövsiyə olunur. Qeydiyyatdan sonra telefonunuza gələn 6 rəqəmli SMS kodu ilə nömrənizi təsdiqləyirsiniz.
Profil səhifəsində "Telefon nömrəsi" bölməsindən nömrənizi daxil edib "Kod göndər" düyməsinə basın. SMS ilə gələn 6 rəqəmli kodu daxil edərək təsdiqləyin. Kod 10 dəqiqə etibarlıdır.
Giriş səhifəsindəki "Şifrəni unutmusunuz?" linkindən e-poçt ünvanınızı daxil edin — sizə şifrə bərpası üçün link göndəriləcək.
Hesabınıza daxil olduqdan sonra "Profil" bölməsindən ad, soyad və şifrənizi yeniləyə bilərsiniz.
Profil səhifəsində yeni e-poçtu yazıb "Təsdiq linki göndər" düyməsinə basın. Dəyişiklik yalnız yeni ünvana gələn linki açdıqdan sonra qüvvəyə minir.
Bəli. my.icode.az ünvanını telefonda açıb Android-də "Tətbiqi quraşdır", iPhone-da isə Paylaş → "Ana ekrana əlavə et" seçin. Kabinet tam ekranda, tətbiq kimi açılacaq. Ətraflı: Kabineti telefona tətbiq kimi quraşdırmaq.
Profil səhifəsinin sonundakı "Hesabı sil" bölməsindən şifrənizi təsdiqləyərək silinməni tələb edə bilərsiniz. 30 gün ərzində dəstəklə əlaqə saxlayıb tələbi ləğv etmək mümkündür; bu müddətdən sonra şəxsi məlumatlarınız anonimləşdirilir. Maliyyə tarixçəsi mühasibat uçotu üçün saxlanılır.

Balans və ödəniş

Kabinetdə "Maliyyə → Balans" bölməsindən "Balans artır" düyməsinə basın və məbləği daxil edin. Sizə unikal referans kodu və bank rekvizitləri göstəriləcək — köçürmənin təyinat hissəsinə bu kodu yazın. İstəsəniz çeki yükləyə bilərsiniz (təsdiqi sürətləndirir). Köçürmə təsdiqlənən kimi məbləğ balansa yazılır, gözləyən sifarişlər isə avtomatik ödənilir.
Minimum 20 AZN, maksimum 10 000 AZN-dir (bir əməliyyat üçün).
Bank köçürməniz təsdiqləndikdən sonra balansınız dərhal yenilənir. Təsdiq adətən bir neçə saat çəkir, bank iş saatlarından asılıdır.
Hazırda yalnız bank köçürməsi ilə balans artırma mövcuddur.
Bəli. Ödənilməmiş sifariş üçün "Ödəniş üçün hesab" sənədi avtomatik yaradılır; onu sifarişin səhifəsindən və ya "Sənədlər" bölməsindən PDF kimi yükləyib mühasibatlığınıza təqdim edə bilərsiniz. Ödəniş edildikdən sonra isə ödəniş qəbzi yaradılır və e-poçtunuza göndərilir.
Narahat olmayın — balans artırma sorğusunun səhifəsində ödəniş çekini (qəbzi) yükləyin və ya dəstək müraciəti yaradıb çeki əlavə edin. Ödənişi yoxlayıb əl ilə hesabınıza bağlayacağıq.
Geri ödəniş tələbləri Geri ödəniş siyasəti əsasında nəzərdən keçirilir. Bonus balansı nağdlaşdırılmır və geri qaytarılmır. Tələb üçün dəstək müraciəti yaradın.

Bonus və Loyallıq

Bonus balansı — balans artırdıqda (məbləğə görə 2-7%), dostunuzu dəvət etdikdə və rəy yazdıqda qazandığınız həvəsləndirici vəsaitdir. Real pul deyil, nağdlaşdırıla bilməz; hostinq ödənişlərinin bir hissəsini örtmək üçün avtomatik istifadə olunur. Hər bonus 180 gün etibarlıdır.
Bonus pillələri: 200 AZN-dən 2%, 500 AZN-dən 3%, 1 000 AZN-dən 5%, 3 000 AZN-dən 7%. Məsələn, 500 AZN yükləsəniz, 15 AZN bonus alırsınız. Bonus 180 gün ərzində etibarlıdır.
Hostinq ödənişinin maksimum 50%-i bonus balansdan ödənilə bilər, qalan hissə əsas balansdan tutulur. Sayt hazırlanması, dizayn, SEO kimi xidmətlər hazırda yalnız əsas balansla ödənir.
Son 12 ayda xərclədiyiniz məbləğə görə avtomatik səviyyəyə keçirsiniz: Silver (1 000 AZN-dən, 5% endirim), Gold (5 000 AZN-dən, 10% endirim), Platinum (15 000 AZN-dən, 15% endirim). Başlanğıc səviyyədə endirim yoxdur. Endirim hər sifarişdə avtomatik tətbiq olunur.
Hər bonus qazanıldığı gündən 180 gün etibarlıdır, müddəti bitən bonus balansdan silinir. Müddəti bitməyə yaxın olan bonuslar barədə bildiriş göndəririk. Ödənişlərdə əvvəlcə müddəti ən tez bitən bonuslar istifadə olunur.
Bəli. Sifarişiniz tamamlandıqdan və ya hostinqiniz ilk dəfə yeniləndikdən sonra rəy yaza bilərsiniz. Rəyiniz təsdiqlənəndə bonus balansınıza 10 AZN yazılır. Rəyin saytda dərc olunub-olunmamasını və adınızın necə göstərilməsini (tam ad, ad + şirkət və ya anonim) özünüz seçirsiniz.

Referral proqramı

Referral linkinizlə qeydiyyatdan keçən dostunuz ilk dəfə ən azı 20 AZN real ödəniş edəndə siz 20 AZN, dostunuz isə 10 AZN bonus qazanır. Bundan əlavə, hər 3 uğurlu dəvətdə (3-cü, 6-cı, 9-cu…) sizə əlavə 30 AZN bonus verilir.
"Referral" bölməsində öz unikal linkiniz və dəvət etdiyiniz istifadəçilərin siyahısı göstərilir.
Dəvət etdiyiniz şəxs ilk dəfə ən azı 20 AZN real ödəniş edəndə (məsələn, hostinq sifarişi) bonuslar hər ikinizin bonus balansına avtomatik yazılır və bildiriş gəlir. Bonus balansı ilə edilən ödəniş sayılmır. Referral linki 30 gün yadda qalır.

Sifariş və Abunəlik

"Sifarişlərim" bölməsində bütün sifarişlərinizin cari statusunu (ödəniş gözlənilir, icrada, tamamlanıb və s.) görə bilərsiniz.
Abunəlik dövr sonunda balansınızdan avtomatik yenilənir. Balans kifayət etmirsə, xidmət dayandırılır (VIP və ya güzəşt statusu olan müştərilərə dayandırmadan əvvəl güzəşt müddəti verilir). Balansınızı artırıb "Müddəti artır" düyməsi ilə xidməti yenidən aktivləşdirə bilərsiniz. Yenilənmə tarixi yaxınlaşanda xatırlatma göndəririk.
Bəli, "Sifarişlərim → Abunəliklər" bölməsində abunəliyin avtomatik yenilənməsini söndürə bilərsiniz. Cari ödənilmiş dövr bitənədək xidmət davam edir, dövr bitən gün isə dayandırılır. İmtinadan əvvəl saytınızın və e-poçtlarınızın ehtiyat nüsxəsini götürməyi unutmayın.
Sifariş və ya təklif qəbulu zamanı ödəniş formasında promo kod sahəsinə kodu daxil edin — endirim avtomatik hesablanacaq.
Paketlər bir neçə xidməti birlikdə, ayrı-ayrılıqda sifarişdən daha sərfəli qiymətə təqdim edir. Kabinetdə "Paketlər" bölməsində hər paketin tərkibi və nə qədər qənaət etdiyiniz göstərilir.
Bəli. Sayt sifarişinizin səhifəsində "Sayta funksiya əlavə et" bölməsindən lazım olan funksiyaları seçin. Onlar həmin sayt sifarişinə bağlı ayrıca sifariş kimi yaradılır və balansdan ödənilir.
Sifariş "Ödəniş gözlənilir" statusunda yaradılır və səhifəsində çatışmayan məbləğ göstərilir. Balansı artırdığınız kimi sifariş avtomatik ödənilir — əlavə heç nə etmək lazım deyil.
Bəli. Abunəliyin kartındakı "Müddəti artır" düyməsi ilə istənilən vaxt əlavə dövr ödəyə bilərsiniz. Yenilənmə cari dövrün sonundan hesablanır, ona görə heç bir gün itmir.

Dəstək

"Dəstək müraciətləri" bölməsindən "Yeni müraciət" düyməsinə basaraq mövzu, kateqoriya və mesajınızı yazın. İstəsəniz şəkil, PDF və ya sənəd əlavə edə bilərsiniz (maksimum 5 fayl, hər biri 10 MB-a qədər).
"Sənədlər" bölməsindən sifariş və ödənişlərinizlə bağlı bütün sənədləri (faktura və s.) yükləyə bilərsiniz.
Bütün bildirişlər kabinetdəki "Bildirişlər" səhifəsində toplanır — onları kateqoriyaya görə filtrləyə və oxunmuş kimi işarələyə bilərsiniz. Sifariş, ödəniş və abunəlik bildirişləri həmişə göndərilir; təklif və endirim məktublarına isə "Profil → Bildirişlər" bölməsindən abunə ola və ya abunədən çıxa bilərsiniz. Orada telefonunuz üçün push bildirişlərini də aktivləşdirə bilərsiniz.

Hostinq və Domen

Bəli. Domeni aldığınız qeydiyyatçının (məsələn, online.az) panelində domenin NS qeydlərini kabinetdəki "Domenlər" bölməsində göstərilən nameserverlərlə əvəz etmək kifayətdir. Ətraflı: NS dəyişikliyi.
Adətən bir neçə saat, nadir hallarda 24–48 saata qədər. Domen aktivləşəndə kabinetdəki "NS dəyişikliyini gözləyir" xəbərdarlığı avtomatik yox olur.
Domenin cari DNS qeydlərini kabinetdəki "Domenlər" bölməsində görə bilərsiniz. Dəyişiklik lazımdırsa (korporativ e-poçt, subdomen, başqa xidmətə yönləndirmə), dəstək müraciəti yaradıb hansı qeydin əlavə olunmalı və ya dəyişməli olduğunu yazın — biz edəcəyik.
Kabinetdə "Domenlər" bölməsində domenə basın — son 7 gün üzrə unikal ziyarətçilər, səhifə baxışları, trafik və bloklanan təhdidlər göstərilir. Hostinq abunəliyinin kartında da hər sayt üçün son 7 günün ziyarətçi sayı var.
Xeyr, domenin qeydiyyat müddəti hostinqdən ayrıdır. Bitmə tarixini kabinetdəki "Domenlər" bölməsində yoxlayın və vaxtında yeniləyin — vaxtı keçmiş domen bir müddət sonra azad olur və başqası tərəfindən alına bilər.

Təhlükəsizlik

Aktiv olduqda girişdə şifrədən sonra telefonunuzdakı authenticator tətbiqinin (Google Authenticator, Authy və s.) 6 rəqəmli kodu da tələb olunur. Kabinetdə "Təhlükəsizlik" səhifəsindən aktivləşdirə bilərsiniz. Ətraflı: İki mərhələli doğrulama.
Dərhal şifrənizi dəyişin — bu zaman digər bütün cihazlardakı sessiyalar avtomatik bağlanır. Sonra "Təhlükəsizlik" səhifəsində aktiv sessiyaları yoxlayın, iki mərhələli doğrulamanı aktivləşdirin və dəstəyə məlumat verin.
Xeyr. Əməkdaşlarımız heç vaxt şifrə, SMS kodu, 2FA və ya bərpa kodu istəmir. Belə tələbi rədd edin və ödəniş rekvizitlərini yalnız kabinetdə yoxlayın. Ətraflı: Fırıldaqçılıqdan necə qorunmalı?.