NS dəyişikliyi: domen aktivləşməyi gözləyir

Domeniniz başqa qeydiyyatçıda (məsələn, online.az) alınıbsa və saytınızı bizdə yerləşdiririksə, domenin NS (nameserver) qeydləri bizim göstərdiyimiz serverlərə dəyişdirilməlidir.

Necə edilir

  1. Domenlər bölməsində domeni açın. «Domen aktivləşmək üçün NS dəyişikliyini gözləyir» xəbərdarlığının altında iki nameserver ünvanı göstərilir.
  2. «Kopyala» düyməsi ilə ünvanları kopyalayın.
  3. Domeni aldığınız qeydiyyatçının panelinə daxil olun və mövcud NS qeydlərini bu ikisi ilə əvəz edin (köhnələrini silin).
  4. Dəyişikliyi yadda saxlayın.

Nə qədər çəkir?

Dəyişiklik adətən bir neçə saata tətbiq olunur, nadir hallarda 24–48 saata qədər çəkə bilər. Domen aktivləşəndə xəbərdarlıq avtomatik yox olur və SSL sertifikatı verilir.

Nəyə diqqət etməli

  • NS dəyişəndə domenin bütün DNS qeydləri bizim tərəfə keçir. Domendə işləyən korporativ e-poçt varsa, onun qeydlərini əvvəlcədən bizə bildirin ki, e-poçtunuz kəsilməsin;
  • Qeydiyyatçı panelinə girişiniz yoxdursa, domeni sizin üçün qeydiyyata alan şəxs və ya şirkətlə əlaqə saxlayın.

Bu məqalə faydalı oldu?

Bu bölmədə digər məqalələr