Xidmət və qiymətlər

Sayt sifarişi: biznesiniz üçün veb sayt hazırlanması

Müştəri sizi tanımaq istəyəndə ilk iş Google-da axtarır. Saytınız yoxdursa və ya köhnəlibsə, o, sizin yerinizə rəqibinizə zəng edir. Biz kiçik və orta bizneslər üçün satış gətirən, telefonda rahat açılan və idarəsi asan saytlar hazırlayırıq: bir səhifəlik landing page-dən tam onlayn mağazaya qədər.

Hansı sayt sizə lazımdır?

  • Landing page: bir məhsul, xidmət və ya reklam kampaniyası üçün. Ziyarətçini bir hərəkətə yönəldir: zəng, WhatsApp və ya müraciət.
  • Korporativ sayt: şirkətinizi, xidmətlərinizi və işlərinizi ətraflı təqdim edən 5–10 səhifəlik, fərdi dizaynlı sayt.
  • Onlayn mağaza: məhsul kataloqu, səbət və kartla ödəniş. Ətraflı: onlayn mağaza açmaq.
  • Sahəyə uyğun saytlar: klinika, təhsil mərkəzi, xəbər portalı, daşınmaz əmlak, turizm və elan saytları.

Qərar verə bilmirsinizsə, sosial media yoxsa sayt və sayt neçəyə başa gəlir yazılarına baxın.

Qiymətlərə bax Kabinet aç və sifariş et

Qiymətlər

Uyğun xidmətlər

Qiymətlər kataloqdan götürülür və həmişə aktualdır.

Landing Page
Bir məhsul, xidmət və ya kampaniya üçün bir səhifəlik, satışa yönəlmiş sayt.
200.00 AZN
Wordpress start
Kiçik biznes, şəxsi bloq və ya portfoliolar üçün uyğundur.
250.00 AZN
WordPress Blog
Yeni başlayanlar, şəxsi bloq və hobbi yazıları
300.00 AZN
Korporativ Sayt
Çoxsəhifəli, çox bölmək korporativ sayt — kiçik və orta bizneslər üçün.
900.00 AZN
E-ticarət Sayt
Onlayn mağaza — məhsul kataloqu, səbət və ödəniş inteqrasiyası ilə.
2,500.00 AZN
Daşınmaz Əmlak Saytı
Əmlak agentlikləri və tikinti şirkətləri üçün obyekt kataloqu və axtarışı olan sayt.
550.00 AZN
Təhsil Platforması
Kurslar, tədris mərkəzləri və məktəblər üçün sayt və təhsil platforması.
750.00 AZN
Həkim / Klinika Saytı
Həkimlər, klinikalar və tibb mərkəzləri üçün xidmət, həkim və qəbul məlumatlı sayt.
1,000.00 AZN
Turizm Saytı
Turizm şirkətləri, otellər və tur operatorları üçün tur kataloqu və rezervasiyalı sayt.
1,500.00 AZN
Elanlar Saytı
İstifadəçilərin özlərinin elan yerləşdirdiyi, kateqoriya və axtarışlı elanlar saytı.
1,000.00 AZN

Sayt sifarişi necə işləyir

  1. Sifariş. Kabinetdən hazır paketi seçirsiniz və ya Sayt Konstruktorunda lazım olan funksiyaları özünüz yığırsınız. Qiyməti əvvəlcədən görürsünüz.
  2. Müzakirə. Tələblərinizi, bəyəndiyiniz nümunə saytları və materiallarınızı (loqo, mətn, şəkil) birlikdə dəqiqləşdiririk.
  3. Dizayn və hazırlıq. Dizaynı sizinlə razılaşdırırıq, sonra saytı hazırlayıb test edirik.
  4. Təhvil. Saytı hostinqə yerləşdiririk, domeni və SSL-i (HTTPS) qoşuruq, idarəetməni sizə təhvil veririk.
  5. Böyümə. Sonradan yeni funksiya lazım olsa (çoxdillilik, rezervasiya, onlayn ödəniş və s.), sifarişinizə əlavə edirik.

Saytın qiymətinə nə təsir edir

  • Səhifə və bölmə sayı. Bir səhifəlik təqdimat ilə kataloqlu sayt arasında fərq böyükdür.
  • Funksiyalar. Onlayn ödəniş, istifadəçi kabineti, rezervasiya, çoxdillilik və inteqrasiyalar.
  • Dizayn. Hazır mövzu əsasında, yoxsa tam fərdi dizayn.
  • Məzmun. Mətn və şəkillər sizdəndir, yoxsa hazırlanmasına kömək lazımdır.

Yuxarıdakı cədvəldə qiymətlər kataloqdan götürülür və həmişə aktualdır. Layihəniz standart paketlərə uyğun deyilsə, fərdi təklif istəyin.

Sayt hazır olandan sonra

Sayt işə düşəndə iş bitmir: hostinq, domenin vaxtında yenilənməsi, ehtiyat nüsxə və təhlükəsizlik yenilikləri lazımdır. Bunları bir yerdən, öz kabinetinizdən idarə edirsiniz. Müddət bitməzdən əvvəl SMS və e-poçtla xəbərdarlıq gəlir.

Suallar

Tez-tez verilən suallar

Cavabı tapmadınızsa, kabinetdən sorğu göndərin — tezliklə cavab verəcəyik.

Bütün suallar
Sayt hazırlamaq nə qədər vaxt aparır?

Müddət saytın həcmindən asılıdır. Landing page ən tez hazırlanır, onlayn mağaza və platformalar daha çox vaxt tələb edir. Dəqiq müddəti tələblərinizi müzakirə edəndə razılaşdırırıq.

Saytın qiymətinə hostinq və domen daxildirmi?

Sayt hazırlanması birdəfəlik ödənişdir. Hostinq aylıq və ya illik abunədir, domen isə ayrıca qeydiyyatdan keçir və hər il yenilənir. Təhvil zamanı saytı hostinqə yerləşdirir, domeni və SSL-i qoşuruq.

Saytı sonra özüm idarə edə biləcəyəmmi?

Bəli. Korporativ sayt, onlayn mağaza və sahə saytlarında admin panel olur: mətn, şəkil, məhsul və xəbərləri özünüz əlavə edib dəyişirsiniz.

Sayt telefonda düzgün görünəcəkmi?

Bəli, hazırladığımız bütün saytlar mobil uyğundur. Ziyarətçilərin əksəriyyəti saytı telefondan açır, ona görə dizaynı əvvəlcə telefon üçün yoxlayırıq.

Sayt Google-da çıxacaqmı?

Hər sayta əsas SEO tənzimləmələri daxildir: başlıqlar, təsvirlər, sayt xəritəsi və sürət. Rəqabətli sorğularda ilk sıralara çıxmaq üçün isə ayrıca SEO xidməti tövsiyə edirik.