Balans necə artırılır?

Kabinetdəki bütün xidmətlər əsas balansdan ödənilir. Balans bank köçürməsi ilə artırılır.

Addım-addım

  1. Maliyyə → Balans səhifəsində «Balans artır» düyməsini basın.
  2. Məbləği yazın və ya sürətli məbləğlərdən birini seçin. Minimum və maksimum məbləğ formada göstərilir.
  3. «Davam et» basın — sizin üçün unikal referans kodu və bank rekvizitləri göstəriləcək.
  4. Bank tətbiqinizdən və ya filialdan köçürmə edin. Təyinat hissəsinə mütləq referans kodunu yazın — ödənişi hesabınıza məhz bu kodla bağlayırıq.
  5. İstəsəniz, ödəniş çekini (qəbzi) eyni səhifədən yükləyin. Bu məcburi deyil, amma təsdiqi sürətləndirir.

Bundan sonra

  • Köçürmə yoxlanılıb təsdiqləndikdən sonra məbləğ balansınıza yazılır və bildiriş alırsınız;
  • Ödəniş gözləyən sifarişləriniz varsa, onlar avtomatik ödənilir;
  • Təsdiq gözləyən artırmalar Balans səhifəsində «Təsdiq gözləyən» kimi görünür.

Bonus

Böyük məbləğdə artırmalara bonus verilir. Hazırkı pillələr:

  • 200 AZN və çox — 2%
  • 500 AZN və çox — 3%
  • 1 000 AZN və çox — 5%
  • 3 000 AZN və çox — 7%

Bonus balansı haqqında: Bonus balansı nədir?

Bu məqalə faydalı oldu?