Əsas balans və bonus balansı arasındakı fərq

Kabinetinizdə iki balans var.

Əsas balans

Bank köçürməsi ilə yüklədiyiniz real vəsaitdir. Bütün xidmətlər — sayt hazırlanması, dizayn, SEO, hostinq, domen — əsas balansdan ödənilə bilər.

Bonus balansı

Referral, rəy, balans artırma və kampaniyalardan qazandığınız bonuslardır. Bonus balansı hostinq ödənişlərində avtomatik istifadə olunur: ödənişin 50%-ə qədəri bonusdan, qalanı əsas balansdan çıxılır.

  • Hər bonus 180 gün etibarlıdır;
  • Bonus nağdlaşdırıla və başqasına köçürülə bilməz.

Əməliyyat tarixçəsi

Balans səhifəsində hər iki balans üzrə bütün hərəkətləri (artırma, ödəniş, bonus) və hər əməliyyatdan sonrakı qalığı görə bilərsiniz.

Bu məqalə faydalı oldu?