Profil məlumatlarınız Profil səhifəsində saxlanılır. Buradakı məlumatlar hesab-faktura və digər sənədlərdə göstərilir, ona görə onları aktual saxlamaq vacibdir.
Hesab növü sahəsində «Hüquqi şəxs» seçin və şirkət rekvizitlərini doldurun: şirkət adı, VÖEN və hüquqi ünvan. Bundan sonra yaradılan sənədlər şirkət adına tərtib olunacaq.
Yeni e-poçtu yazıb «Təsdiq linki göndər» basın. Dəyişiklik yalnız yeni ünvana gələn linki açdıqdan sonra qüvvəyə minir.
Yeni nömrəni yazın, «Kod göndər» basın və SMS ilə gələn kodu daxil edin. Telefon nömrəsi girişdə və SMS bildirişlərində istifadə olunur.
Cari şifrəni və yeni şifrəni (ən azı 10 simvol) yazın. Şifrə dəyişəndə digər cihazlardakı sessiyalar bağlanır.
Bu məqalə faydalı oldu?