Dostlarınızı, tanışlarınızı və ya müştərilərinizi iCode.az-a dəvət edin — onlar ilk ödənişlərini edəndə hər ikiniz bonus qazanırsınız.
Nə qədər bonus?
- Sizə: hər uğurlu dəvət üçün 20 AZN;
- Dostunuza: 10 AZN xoş gəldin bonusu;
- Səfir bonusu: hər 3 uğurlu dəvətdə əlavə 30 AZN (3-cü, 6-cı, 9-cu… dəvətdə).
Addım-addım
- Kabinetdə Hesabım → Referral səhifəsini açın.
- Şəxsi linkinizi kopyalayın və ya WhatsApp / Telegram düyməsi ilə paylaşın.
- Dostunuz bu linklə qeydiyyatdan keçir. Link 30 gün yadda qalır — dostunuz sonradan qayıdıb qeydiyyatdan keçsə də dəvət sizə yazılır.
- Dostunuz ilk dəfə ən azı 20 AZN real ödəniş edəndə (məsələn, hostinq sifarişi) bonuslar hər ikinizin bonus balansına avtomatik yazılır və bildiriş gəlir.
Xidməti paylaşın
Dostunuza konkret xidmət lazımdırsa (hostinq, sayt, SEO…), Xidmətlər kataloqunda həmin xidmətin altındakı «Paylaş və bonus qazan» düyməsini basın və ya Referral səhifəsində xidməti seçin. Göndərdiyiniz link xidmətin icode.az-dakı səhifəsini açır və içində sizin kodunuz var. Eyni seçicidə gördüyümüz işlər (portfolio) də var — məsələn, sayt istəyən tanışınıza bənzər bir saytımızı göndərə bilərsiniz — dostunuz oradan qeydiyyatdan keçsə, dəvət yenə sizə yazılır.
Dəvətlərimi harada izləyim?
Referral səhifəsində dəvət etdiyiniz şəxslərin siyahısı, statusu (gözləmədə / bonus verilib) və qazandığınız ümumi bonus görünür.
Qaydalar
- Bonus yalnız real pulla edilən ödənişdən sonra verilir — bonus balansı ilə edilən ödəniş sayılmır.
- Özünüzü dəvət etmək olmaz. Eyni telefon nömrəsi ilə açılan hesablar əl ilə yoxlanılır.
- Hər dəvət olunan şəxs üçün bonus yalnız bir dəfə verilir.
Ətraflı: Bonus şərtləri.