Mobil tətbiq hazırlamaq çox vaxt baha başa gəlir: Android və iOS üçün ayrıca proqram, mağazalarda yerləşdirmə, hər yeniləmədə yoxlanış. Bir çox biznes üçün isə daha sadə həll var — PWA (Progressive Web App).
PWA — telefonun ana ekranına ikon kimi əlavə oluna bilən, açılanda brauzer panelləri olmadan, adi tətbiq kimi tam ekranda işləyən saytdır. İstifadəçi onu brauzerdən bir toxunuşla "quraşdırır", heç bir mağazaya getmədən.
Bəzi xüsusi cihaz funksiyaları (məsələn, mürəkkəb fon prosesləri) yalnız ənənəvi tətbiqlərdə mümkündür. Həmçinin App Store və Google Play-də axtarışla tapılmaq üçün ayrıca addımlar lazımdır.
Müştəri kabineti, rezervasiya sistemi, onlayn menyu, sadiqlik proqramı olan bizneslər üçün PWA tez-tez ən sərfəli seçimdir.
Bizim müştəri kabinetimiz də PWA kimi işləyir — telefondan açıb "Ana ekrana əlavə et" seçməklə özünüz sınaya bilərsiniz.