Bonus balansı nədir və necə istifadə olunur?

Kabinetinizdə iki balans var: əsas balans (yüklədiyiniz real pul) və bonus balansı (referral, rəy, balans artırma və kampaniyalardan qazandığınız bonuslar).

Bonusla nə ödəmək olar?

Bonus balansı hostinq sifarişləri və yenilənmələrində (həmçinin bonus qəbul edən digər xidmətlərdə) avtomatik istifadə olunur. Hər ödənişin 50%-ə qədəri bonusla ödənə bilər, qalan hissəsi əsas balansdan çıxılır. Sayt hazırlanması, dizayn, SEO kimi xidmətlər hazırda yalnız əsas balansla ödənir.

Nümunə: 20 AZN-lik hostinq yenilənməsində bonus balansınızda kifayət qədər vəsait varsa, 10 AZN bonusdan, 10 AZN əsas balansdan ödənir.

Bonusun müddəti

Hər bonus qazanıldığı gündən 180 gün etibarlıdır. Müddəti bitməyə yaxın olan bonuslar barədə bildiriş göndəririk. Ödənişdə əvvəlcə müddəti ən tez bitən bonuslar istifadə olunur.

Bilməli olduqlarınız

  • Bonus nağdlaşdırıla, bank hesabına və ya başqa istifadəçiyə köçürülə bilməz.
  • Geri ödəniş zamanı bonus hissəsi qaytarılmır.

Bonus balansınızı və onun tarixçəsini Maliyyə → Balans səhifəsində görə bilərsiniz.

Bu məqalə faydalı oldu?