- my.icode.az/register səhifəsini açın.
- Ad, soyad və telefon nömrənizi (məs. 50 123 45 67) yazın.
- E-poçt istəyə bağlıdır, amma tövsiyə edirik: hesab-faktura, qəbz və bildirişlər e-poçta da göndərilir.
- Ən azı 10 simvoldan ibarət şifrə seçin.
- İstifadə şərtləri və Məxfilik siyasəti ilə razılaşıb «Qeydiyyatdan keç» düyməsini basın.
- Telefonunuza gələn 6 rəqəmli SMS kodunu daxil edin.
Kod təsdiqləndikdən sonra kabinetiniz hazırdır.
Kod gəlmirsə
- Bir neçə dəqiqə gözləyin və «Yenidən göndər» düyməsini basın;
- Nömrəni səhv yazmısınızsa, eyni səhifədə «Dəyişin» linki ilə düzəldin;
- Telefonun SMS bloklama və ya spam filtrlərini yoxlayın.
Dəvət linki ilə qeydiyyat
Qeydiyyatdan dostunuzun göndərdiyi referral linki ilə keçirsinizsə, ilk real ödənişinizdən sonra xoş gəldin bonusu alırsınız. Ətraflı: Referral proqramı necə işləyir?