Adobe elan edib ki, 2020-ci il dekabrın 31-dən Flash Player-i dəstəkləməyi dayandırır. Brauzerlər onu çoxdan söndürür, 2021-ci ilin yanvarından isə Flash məzmunu işə düşməyəcək. 2000-ci illərdə hazırlanmış bir çox saytda hələ də Flash banner, giriş animasiyası, menyu və ya oyun qalıb. Onlar bu tarixdən sonra yerində boş qutu kimi görünəcək.
Saytımda Flash varmı?
- Səhifədə «Flash-ı yandırın» və ya boş qutu çıxırsa, bəli.
- Səhifənin mənbə kodunda
.swffaylı və ya<embed>,<object>teqləri axtarın. - Mobil telefonlar Flash-ı heç vaxt dəstəkləməyib, ona görə mobil istifadəçilər üçün bu məzmun əvvəldən görünmürdü.
Nə ilə əvəz etməli?
- Banner və animasiya: HTML5, CSS animasiya və ya qısa video.
- Giriş (intro) animasiyası: çox vaxt ümumiyyətlə silmək daha yaxşıdır; ziyarətçi və axtarış üçün sürəti pisləşdirir.
- Video: MP4/WebM formatı və ya YouTube/Vimeo.
- Menyu və interaktiv hissələr: HTML, CSS və JavaScript ilə yenidən yazmaq lazımdır.
- Oyun və tətbiqlər: HTML5 versiyası və ya emulyator.
Əgər sayt tamamilə Flash üzərində qurulubsa, hissə-hissə yamamaq əvəzinə müasir, mobil uyğun yeni sayt hazırlamaq çox vaxt daha ucuz başa gəlir: sayt hazırlanması.



