Təhlükəsizlik

GDPR 25 mayda qüvvəyə minir: Azərbaycan saytlarına nə aiddir

Avropa İttifaqının şəxsi məlumatlar qaydası bu həftə işləməyə başlayır. Sayt Azərbaycandadırsa, yenə də aid ola bilər — nə vaxt və nə etməli.

GDPR 25 mayda qüvvəyə minir: Azərbaycan saytlarına nə aiddir

2018-ci il mayın 25-də Avropa İttifaqının GDPR (Ümumi Məlumatların Mühafizəsi Qaydası) qüvvəyə minir. Qayda yalnız Avropadakı şirkətlərə yox, Avropa istifadəçilərinin məlumatını işləyən istənilən sayta aid ola bilər. Sayt Bakıda yerləşir, amma ziyarətçilər və ya müştərilər arasında Avropadan olanlar varsa, bu sizi də maraqlandırmalıdır.

Nə dəyişir?

  • Məlumat yığmazdan əvvəl aydın razılıq lazımdır (əvvəlcədən işarələnmiş qutular sayılmır).
  • İstifadəçi öz məlumatına baxmaq, düzəltmək və silməyi tələb etmək hüququna malikdir.
  • Məlumat sızması olarsa, bu barədə 72 saat ərzində xəbər vermək tələb olunur.
  • Cərimələr böyükdür: 20 milyon avroya və ya illik dövriyyənin 4%-nə qədər.

Sayt sahibi üçün sadə addımlar

  1. Nə yığdığınızı yazın: əlaqə formaları, abunə, analitika, reklam pikselləri.
  2. Məxfilik siyasəti səhifəsi yazın: nə yığılır, nə üçün, nə qədər saxlanır, kimlə paylaşılır.
  3. Formalara razılıq qutusu əlavə edin (ayrıca, boş başlayan).
  4. Cookie bildirişi qoyun və analitika/reklam cookie-lərini razılıqdan sonra işə salın.
  5. SSL (HTTPS) işlədin, parolları şifrələnmiş saxlayın.
  6. İstifadəçi silinmə istəyərsə, kimin və necə cavab verəcəyini əvvəlcədən müəyyən edin.

Azərbaycan qanunu

Ölkənin öz «Şəxsi məlumatlar haqqında» qanunu (2010-cu il, №998-IIIQ) da var və onun tələbləri eynilə qalır. Yaxşı məxfilik siyasəti hər iki halda lazımdır.

Saytınıza məxfilik səhifəsi, razılıq qutuları və SSL qoşdurmaq üçün: hostinq (SSL daxil) və sayt xidmətləri.

Faydalı oldu? Paylaşın:

Yeni məqalələri e-poçtla alın

Ayda bir-iki məktub: sayt, hostinq və təhlükəsizlik üzrə praktik tövsiyələr. İstənilən an bir kliklə abunədən çıxa bilərsiniz.