2019-cu ilin oktyabrında Google axtarışa BERT adlı yeni dil modelini əlavə etdiyini bildirdi. Şirkətin sözlərinə görə, ilk mərhələdə ABŞ-da ingilis dilindəki sorğuların təxminən 10%-nə təsir edir və axtarış tarixində ən böyük addımlardan biri sayılır. Sadə dillə: Google sorğuda yalnız sözlərə yox, onların bir-biri ilə əlaqəsinə və kiçik sözlərə (üçün, ilə, olmadan) də baxır.
Bu niyə vacibdir?
Əvvəl «aptek bakı bazar günü» tipli sorğuda Google bir neçə sözü tutub səhifə seçə bilirdi. İndi o, istifadəçinin həqiqətən nə soruşduğunu — məsələn, bazar günü açıq olan aptek axtarıldığını — daha yaxşı anlayır.
Kontent üçün nəticələr
- Açar söz yığmayın. Eyni ifadəni zorla təkrarlamaq heç vaxt yaxşı fikir olmayıb, indi isə daha az faydalıdır.
- Suala cavab verin. Başlıq sual formasında ola bilər, cavab isə ilk abzasda qısa verilsin.
- Təbii yazın. İnsan kimi, aydın cümlələrlə yazılmış mətn həm oxucu, həm axtarış üçün yaxşıdır.
- Uzun, konkret sorğuları (məsələn, «kiçik biznes üçün hostinq nə qədər başa gəlir») nəzərə alın.
BERT-ə uyğunlaşmaq olarmı?
Google özü deyir ki, BERT üçün xüsusi optimallaşdırma yoxdur. Ən yaxşı yol — oxucuya faydalı, aydın və dəqiq məzmun yazmaqdır.
Saytınızın kontent və SEO vəziyyətinə baxmaq üçün: sayt və SEO xidmətləri.



