SEO

Google Core Web Vitals: saytın sürəti üçün üç yeni ölçü

May ayında Google səhifənin real istifadəçi təcrübəsini ölçən üç göstərici — LCP, FID və CLS təqdim etdi. Hər biri nəyi ölçür və saytı necə yoxlamaq olar.

Google Core Web Vitals: saytın sürəti üçün üç yeni ölçü

2020-ci ilin mayında Google Core Web Vitals adlı üç göstərici təqdim etdi: səhifənin real istifadəçi üçün necə yükləndiyini və işlədiyini ölçən əsas ölçülər. Onlar Google-un səhifə təcrübəsi baxışının əsasını təşkil edəcək. Hələlik bu, sıralama faktoru kimi tətbiq olunmur, lakin Google bunun gələcəkdə olacağını bildirib.

Üç göstərici

  • LCP (Largest Contentful Paint) — səhifənin ən böyük hissəsinin (adətən baş şəkil və ya başlıq) görünmə vaxtı. Yaxşı hesab olunur: 2,5 saniyəyə qədər.
  • FID (First Input Delay) — istifadəçi düyməyə basanda brauzerin cavab verməsinə qədər gecikmə. Yaxşı: 100 millisaniyəyə qədər.
  • CLS (Cumulative Layout Shift) — səhifə yüklənərkən elementlərin «atlama» səviyyəsi. Yaxşı: 0,1-dən az.

Necə yoxlamaq olar?

Google PageSpeed Insights və Search Console-un yeni «Core Web Vitals» hesabatı bu göstəriciləri real istifadəçi məlumatları ilə göstərir.

Nə düzəltmək olar?

  1. LCP üçün: şəkilləri sıxın və müasir formata keçin, sürətli hostinq və CDN işlədin.
  2. FID üçün: lazımsız JavaScript-i çıxarın, üçüncü tərəf skriptlərini azaldın.
  3. CLS üçün: şəkil və reklamlara ölçü (en və hündürlük) verin ki, yüklənəndə mətn yerindən tərpənməsin.

Sayt sürətinin yoxlanması və sürətli hostinq: hostinq planları.

Faydalı oldu? Paylaşın:

Yeni məqalələri e-poçtla alın

Ayda bir-iki məktub: sayt, hostinq və təhlükəsizlik üzrə praktik tövsiyələr. İstənilən an bir kliklə abunədən çıxa bilərsiniz.