Hostinq saytınızın «evidir»: fayllar və verilənlər bazası orada saxlanılır, ziyarətçi saytı açanda məlumat oradan gəlir. Yanlış seçilmiş hostinq saytı yavaşladır, bəzən isə tamamilə dayandırır.
Nəyə baxmaq lazımdır
- Disk həcmi. Kiçik korporativ sayta bir neçə GB kifayət edir; xəbər portalı və çoxlu şəkilli saytlar daha çox yer tələb edir.
- Trafik. Saytı gündə neçə nəfər açacaq? Xəbər saytları üçün bu, əsas göstəricidir.
- Sürət. Serverin yeri və gücü, keşləmə imkanları. Yavaş sayt həm ziyarətçini, həm də axtarış sistemlərini itirir.
- Ehtiyat nüsxələr. Bir səhv və ya hücumdan sonra saytı qaytarmaq üçün müntəzəm backup mütləqdir.
- SSL sertifikatı. Ünvan çubuğunda «kilid» — https olmadan brauzerlər saytı «təhlükəli» kimi göstərir.
- Dəstək. Problem olanda kimə və hansı dildə yazacaqsınız, nə qədər tez cavab alacaqsınız.
Paylaşılan hostinq, yoxsa VPS?
Əksər korporativ və kiçik saytlar üçün paylaşılan hostinq kifayətdir. Gündə minlərlə ziyarətçisi olan portallar və xüsusi proqram tələb edən layihələr üçün VPS (virtual server) daha uyğundur.
Bizim hostinq planlarımız və qiymətlər: Xidmətlər. Hansının sizə uyğun olduğunu bilmirsinizsə, saytınızı yazın — tövsiyə edək.