2023-cü il oktyabrın 10-da Google, Cloudflare və Amazon (AWS) birgə HTTP/2 Rapid Reset adlanan zəifliyin (CVE-2023-44487) istismar edildiyini açıqladı. Avqustdan bəri bu üsulla həyata keçirilən hücumlar tarixin ən böyükləri oldu: Google saniyədə təxminən 398 milyon, Cloudflare isə 201 milyon sorğu qeydə aldı.
Hücum necə işləyir?
HTTP/2 protokolu bir bağlantıda çox sorğunu eyni anda göndərməyə imkan verir və sorğunu ləğv etmək mümkündür. Hücumçu sorğu göndərib dərhal ləğv edir və bunu saniyədə minlərlə dəfə təkrarlayır. Server hər sorğunu hazırlamağa vaxt itirir, hücumçu isə demək olar ki, heç nə sərf etmir. Nəticədə kiçik şəbəkə böyük serveri yorur.
Kiçik sayta aidmi?
Hücumun birbaşa hədəfi adətən böyük şirkətlərdir. Amma eyni zəiflik adi veb serverlərdə (nginx, Apache, IIS və s.) mövcud idi və bütün saytlar yamaq alana qədər risk altında idi.
Sayt sahibi nə etməlidir?
- Hostinq təchizatçısından soruşun: server proqramı yenilənibmi? Paylaşımlı hostinqdə bunu təchizatçı edir.
- Qoruyucu təbəqə qoyun. Cloudflare kimi CDN/WAF xidməti trafikin əvvəlində dayanır və bu cür hücumları sayta çatmamış udur. Pulsuz plan da əsas qoruma verir.
- Öz serveriniz (VPS) varsa: web serveri yeniləyin və ya HTTP/2 üçün müvəqqəti məhdudiyyətlər tətbiq edin.
- Monitorinq. Saytın açılmasını izləyən xidmət qoşun ki, problemdən ilk siz xəbər tutasınız.
Cloudflare qoruması və SSL ilə hostinq: hostinq planları.



