Təhlükəsizlik

Uzaqdan işdə təhlükəsizlik: sayt və xidmət hesablarını necə qorumalı

Komanda evdən işləyəndə sayt admin paneli, hostinq və e-poçt hesablarına ortaq giriş artır. Parol, iki mərhələli doğrulama və fişinq üzrə qısa qaydalar.

Uzaqdan işdə təhlükəsizlik: sayt və xidmət hesablarını necə qorumalı

Karantin dövründə çox komanda evdən işləməyə keçdi. Bu zaman sayt admin paneli, hostinq, domen və e-poçt hesablarına bir neçə nəfərin, tez-tez də şəxsi cihazlardan girişi artır. Eyni zamanda koronavirus mövzusunda saxta məktublar (fişinq) çoxalıb. Bu isə saytı və şirkət məlumatını riskə salır.

Əsas qaydalar

  1. Hər kəs üçün ayrı hesab. Bir paylaşılan parol əvəzinə hər işçi və podratçı öz istifadəçisi ilə girsin. Kimsə ayrılanda yalnız onun girişi bağlanır.
  2. Minimal hüquq. Məzmun redaktoru saytın tənzimləmələrinə və ya hostinq panelinə girməməlidir.
  3. İki mərhələli doğrulama (2FA): admin paneli, hostinq, domen və e-poçt üçün qoşun.
  4. Güclü və unikal parol. Parol meneceri ən rahat yoldur.
  5. Yeniləmələr. İşçi kompüteri, brauzer və saytın CMS-i yenilənməlidir.

Fişinqdən necə qorunmalı?

  • Parol və ya ödəniş tələb edən məktubdakı linkə yox, ünvanı özünüz yazıb daxil olun.
  • Göndərənin ünvanını yoxlayın: [email protected] yerinə [email protected] ola bilər.
  • Şübhəli məktub gəlsə, adminə göndərin, cavab yazmayın.

Ümumi şəbəkələr

Ev Wi-Fi şifrəsini standartdan dəyişin. İdarəetmə panelinə kafe şəbəkəsindən girməyin, ya da VPN işlədin.

Hesab hüquqlarının yoxlanması və təhlükəsiz hostinq üçün: hostinq planları.

Faydalı oldu? Paylaşın:

Yeni məqalələri e-poçtla alın

Ayda bir-iki məktub: sayt, hostinq və təhlükəsizlik üzrə praktik tövsiyələr. İstənilən an bir kliklə abunədən çıxa bilərsiniz.