Yavaş açılan sayt ziyarətçi itirir və axtarış nəticələrində aşağı düşür. Ən çox fayda verən addımlar:
- Şəkilləri optimallaşdırın. Telefonla çəkilmiş 5–10 MB-lıq şəkli birbaşa yükləməyin; ekranda göstəriləcək ölçüyə kiçildin və mümkünsə WebP formatından istifadə edin;
- Artıq pluginlərdən imtina edin. Hər plugin əlavə skript və sorğu deməkdir;
- İzləmə skriptlərini azaldın. Eyni məqsəd üçün bir neçə analitika və ya çat vidcetindən istifadə etməyin;
- Keşdən istifadə edin. WordPress saytlarında keş plugini səhifələrin daha tez açılmasına kömək edir;
- Mobil nəticəyə baxın. Google-un pulsuz PageSpeed Insights alətində saytınızı yoxlayın — ziyarətçilərin çoxu telefondan gəlir.
Saytınız bizim hostinqdədirsə və yavaşlıq birdən yaranıbsa, müraciət yaradın — server tərəfini yoxlayaq.
Ətraflı: bloqda Core Web Vitals sadə dildə.