Saytınızın təhlükəsizliyi üçün tövsiyələr

Sındırılmış sayt həm müştərilərin etibarını, həm də axtarış sistemlərindəki mövqeyinizi itirməyinizə səbəb olur. Bu sadə qaydalar risklərin böyük hissəsini aradan qaldırır.

  • Yeniləmələri gecikdirməyin. WordPress və digər idarəetmə sistemlərinin, tema və pluginlərin yeniləmələri çox vaxt təhlükəsizlik boşluqlarını bağlayır.
  • İstifadə etmədiyiniz pluginləri silin. Söndürülmüş, amma silinməmiş plugin də hücum üçün qapı ola bilər.
  • Güclü və təkrarsız parollar. Sayt idarəetmə paneli, hostinq, e-poçt və iCode kabineti üçün fərqli parollardan istifadə edin. Parol menecerindən istifadə etmək rahatdır.
  • İki mərhələli doğrulama. Mümkün olan hər yerdə, o cümlədən iCode kabinetində aktivləşdirin.
  • Giriş hüquqlarını məhdudlaşdırın. Hər işçiyə ayrıca hesab verin və yalnız lazım olan hüquqları təyin edin. İşdən çıxan əməkdaşların hesablarını dərhal bağlayın.
  • Yalnız etibarlı mənbələr. «Pulsuz» yayılan ödənişli tema və pluginlərin içində çox vaxt zərərli kod olur.
  • Ehtiyat nüsxə. Problem olarsa, saytı tez bərpa etmək üçün ehtiyat nüsxə qaydalarına əməl edin.

Saytınızda şübhəli dəyişiklik (tanımadığınız səhifələr, yönləndirmələr, reklamlar) görsəniz, dərhal dəstək müraciəti yaradın.

Ətraflı: bloqda Saytınızın təhlükəsizliyi üçün 7 addım.

Bu məqalə faydalı oldu?