Saytınızın sürəti üçün tövsiyələr

Yavaş açılan sayt ziyarətçi itirir və axtarış nəticələrində aşağı düşür. Ən çox fayda verən addımlar:

  • Şəkilləri optimallaşdırın. Telefonla çəkilmiş 5–10 MB-lıq şəkli birbaşa yükləməyin; ekranda göstəriləcək ölçüyə kiçildin və mümkünsə WebP formatından istifadə edin;
  • Artıq pluginlərdən imtina edin. Hər plugin əlavə skript və sorğu deməkdir;
  • İzləmə skriptlərini azaldın. Eyni məqsəd üçün bir neçə analitika və ya çat vidcetindən istifadə etməyin;
  • Keşdən istifadə edin. WordPress saytlarında keş plugini səhifələrin daha tez açılmasına kömək edir;
  • Mobil nəticəyə baxın. Google-un pulsuz PageSpeed Insights alətində saytınızı yoxlayın — ziyarətçilərin çoxu telefondan gəlir.

Saytınız bizim hostinqdədirsə və yavaşlıq birdən yaranıbsa, müraciət yaradın — server tərəfini yoxlayaq.

Ətraflı: bloqda Core Web Vitals sadə dildə.

Bu məqalə faydalı oldu?