E-poçtlarınızın spam qovluğuna düşməməsi üçün tövsiyələr

Korporativ ünvanınızdan (məs. [email protected]) göndərdiyiniz məktublar müştərilərin spam qovluğuna düşürsə, səbəb adətən domenin DNS ayarlarındadır.

  • SPF, DKIM və DMARC qeydlərinin qurulduğundan əmin olun. Gmail, Yahoo və Outlook bu qeydləri olmayan məktubları getdikcə sərt filtrləyir;
  • Domen üçün yalnız bir SPF qeydi olmalıdır — iki ayrı qeyd hər ikisini etibarsız edir;
  • Yoxlamaq üçün özünüzə Gmail ünvanına məktub göndərin və «Orijinalı göstər» bölməsində SPF, DKIM, DMARC üçün PASS olduğuna baxın;
  • Kütləvi göndərişlərdə abunəlikdən çıxma linki verin və alınmayan ünvanları siyahıdan silin;
  • Mövzu sətrində bütün hərfləri böyük yazmaqdan və çoxlu nida işarəsindən çəkinin;
  • Məktubu yalnız bir böyük şəkildən ibarət etməyin — mətn də olsun.

Domeniniz bizdədirsə və qeydləri qurmaq lazımdırsa, müraciət yaradın və hansı e-poçt xidmətindən (Yandex, Google və s.) istifadə etdiyinizi yazın.

Ətraflı: bloqda SPF, DKIM və DMARC nədir.

Bu məqalə faydalı oldu?