2021-ci il aprelin 26-da Apple iOS 14.5 buraxdı və onunla birlikdə App Tracking Transparency qaydası gəldi: tətbiq istifadəçini başqa tətbiq və saytlar üzrə izləmək istəyirsə, bunun üçün açıq icazə soruşmalıdır. Bir çox istifadəçi «İzləməyə icazə vermə» seçir. Facebook və Instagram reklamları bundan birbaşa təsirlənir.
Reklamçı üçün nə dəyişir?
- Hədəfləmə: istifadəçinin saytdakı davranışına görə auditoriya yığmaq (retargeting) çətinləşir.
- Ölçmə: satışın hansı reklamdan gəldiyini dəqiq görmək azalır; hesabatlar gecikir və daha az dəqiq olur.
- Büdcə: əvvəlki yanaşma ilə reklam nəticəsi dəyişə bilər.
Nə etməli?
- Öz məlumat bazanızı qurun. E-poçt və telefon (razılıqla) toplanan baza heç bir izləmə qaydasından asılı deyil. Abunə formasını saytda görünən edin.
- Saytda ölçməni gücləndirin. Google Analytics-də UTM teqləri ilə hər reklamı işarələyin, sifariş formasında «bizi haradan tapdınız» sualı verin.
- Domeni təsdiqləyin və Facebook-un tövsiyə etdiyi yeni ölçmə imkanlarına (Conversions API kimi) keçin.
- Auditoriyanı genişləndirin. Çox dar hədəfləmə yerinə daha geniş auditoriya və güclü kreativ sınayın.
- Digər kanallar. Google axtarış reklamı, SEO və e-poçt izləmə qaydalarından az asılıdır.
Əsas fikir: reklam icarəyə götürülmüş auditoriyadır, öz bazanız isə sizin aktivinizdir. Sayt və abunə forması üçün: sayt xidmətləri.



