Karantin dövründə çox komanda evdən işləməyə keçdi. Bu zaman sayt admin paneli, hostinq, domen və e-poçt hesablarına bir neçə nəfərin, tez-tez də şəxsi cihazlardan girişi artır. Eyni zamanda koronavirus mövzusunda saxta məktublar (fişinq) çoxalıb. Bu isə saytı və şirkət məlumatını riskə salır.
Əsas qaydalar
- Hər kəs üçün ayrı hesab. Bir paylaşılan parol əvəzinə hər işçi və podratçı öz istifadəçisi ilə girsin. Kimsə ayrılanda yalnız onun girişi bağlanır.
- Minimal hüquq. Məzmun redaktoru saytın tənzimləmələrinə və ya hostinq panelinə girməməlidir.
- İki mərhələli doğrulama (2FA): admin paneli, hostinq, domen və e-poçt üçün qoşun.
- Güclü və unikal parol. Parol meneceri ən rahat yoldur.
- Yeniləmələr. İşçi kompüteri, brauzer və saytın CMS-i yenilənməlidir.
Fişinqdən necə qorunmalı?
- Parol və ya ödəniş tələb edən məktubdakı linkə yox, ünvanı özünüz yazıb daxil olun.
- Göndərənin ünvanını yoxlayın: [email protected] yerinə [email protected] ola bilər.
- Şübhəli məktub gəlsə, adminə göndərin, cavab yazmayın.
Ümumi şəbəkələr
Ev Wi-Fi şifrəsini standartdan dəyişin. İdarəetmə panelinə kafe şəbəkəsindən girməyin, ya da VPN işlədin.
Hesab hüquqlarının yoxlanması və təhlükəsiz hostinq üçün: hostinq planları.



