Domenin və ya SSL sertifikatının vaxtı keçəndə sayt ya ümumiyyətlə açılmır, ya da ziyarətçilər qırmızı «Təhlükəsiz deyil» xəbərdarlığı görür. E-poçtunuz da işləməyi dayandıra bilər.
Domen
- Domenin qeydiyyat müddəti hostinqdən ayrıdır — hostinqin ödənilməsi domenin yenilənməsi demək deyil;
- Bitmə tarixini Domenlər bölməsində yoxlayın və bir ay əvvəldən yeniləməni planlaşdırın;
- Domen sizin adınıza qeydiyyatdadırsa, qeydiyyatçının e-poçt xatırlatmalarını spam qovluğunda itirməyin;
- Vaxtı keçmiş domen bir müddət sonra azad olur və başqası tərəfindən alına bilər — bu, ən çətin bərpa olunan itkidir.
SSL sertifikatı
- 2026-cı ildən sertifikatların maksimal müddəti qısalır və əl ilə yeniləmək getdikcə praktik olmur — avtomatik yenilənmədən istifadə edin;
- Sertifikatın vəziyyətini Domenlər bölməsindəki SSL sertifikatı sətrindən görə bilərsiniz;
- Saytın bəzi səhifələri HTTPS ilə, bəziləri HTTP ilə açılırsa, dəstəyə yazın.
Ətraflı: bloqda SSL sertifikatlarının müddəti qısalır.