Korporativ ünvanınızdan (məs. [email protected]) göndərdiyiniz məktublar müştərilərin spam qovluğuna düşürsə, səbəb adətən domenin DNS ayarlarındadır.
- SPF, DKIM və DMARC qeydlərinin qurulduğundan əmin olun. Gmail, Yahoo və Outlook bu qeydləri olmayan məktubları getdikcə sərt filtrləyir;
- Domen üçün yalnız bir SPF qeydi olmalıdır — iki ayrı qeyd hər ikisini etibarsız edir;
- Yoxlamaq üçün özünüzə Gmail ünvanına məktub göndərin və «Orijinalı göstər» bölməsində SPF, DKIM, DMARC üçün PASS olduğuna baxın;
- Kütləvi göndərişlərdə abunəlikdən çıxma linki verin və alınmayan ünvanları siyahıdan silin;
- Mövzu sətrində bütün hərfləri böyük yazmaqdan və çoxlu nida işarəsindən çəkinin;
- Məktubu yalnız bir böyük şəkildən ibarət etməyin — mətn də olsun.
Domeniniz bizdədirsə və qeydləri qurmaq lazımdırsa, müraciət yaradın və hansı e-poçt xidmətindən (Yandex, Google və s.) istifadə etdiyinizi yazın.
Ətraflı: bloqda SPF, DKIM və DMARC nədir.