Fırıldaqçılar bəzən tanınmış şirkətlərin adından məktub və ya mesaj göndərərək parol, SMS kodu və ya ödəniş almağa çalışır. Bilməli olduğunuz qaydalar:
- iCode əməkdaşları sizdən heç vaxt şifrə, SMS kodu, 2FA kodu və ya bərpa kodu istəmir. Belə tələbi kimin adından gəlməsindən asılı olmayaraq rədd edin;
- Ödəniş rekvizitlərini yalnız kabinetdə yoxlayın. Bank rekvizitlərinin «dəyişdiyi» barədə məktub və ya mesaj alsanız, ödəniş etməzdən əvvəl kabinetdəki rekvizitlərlə müqayisə edin və ya dəstəyə yazın;
- Linkin ünvanına baxın. Kabinetimiz yalnız my.icode.az ünvanında yerləşir. Oxşar, amma fərqli yazılmış ünvanlara (məs. icode-az.com) daxil olmayın;
- «Domeniniz silinəcək», «hesabınız bloklanacaq» kimi təcili mesajlara tələsik reaksiya verməyin — vəziyyəti kabinetdə özünüz yoxlayın;
- Domen və SEO «təklifləri». Domeninizə oxşar domeni «sizin üçün qorumaq» və ya «Google-da qeydiyyat» üçün ödəniş tələb edən naməlum məktublar adətən fırıldaqdır.
Şübhəli məktub və ya mesaj almısınızsa, onun ekran şəklini dəstək müraciətinə əlavə edin — yoxlayıb cavab verəcəyik.