Bu Geri ödəniş siyasəti Platforma üzərindən sifariş edilən xidmətlər (veb-sayt hazırlanması, hosting, abunəlik və digər rəqəmsal xidmətlər) üzrə geri ödəniş şərtlərini müəyyən edir.
Sifariş "Ödəniş gözlənilir" statusunda olduğu müddətdə — yəni ödəniş hələ həyata keçirilməyibsə — istifadəçi sifarişi istənilən vaxt ləğv edə bilər. Bu halda heç bir məbləğ silinmədiyi üçün geri ödəniş tələb olunmur.
Ödəniş edildikdən və sifarişin icrasına başlandıqdan sonra (təsdiq gözləyən, icrada, aktiv və ya tamamlanmış statuslarında) standart qayda olaraq ödənilmiş məbləğ geri qaytarılmır, belə ki, bu mərhələdə xidmətin göstərilməsi üçün resurslar artıq sərf olunmuş olur.
Bununla belə, xidmətin Şirkət tərəfindən göstərilə bilməməsi, sifarişin Şirkət tərəfindən ləğv edilməsi və ya digər əsaslı hallarda, Şirkət öz mülahizəsi ilə tam və ya qismən geri ödəniş edə bilər. Belə hallarda:
Geri ödəniş tələbi müştəri portalındakı dəstək (Ticket) bölməsi vasitəsilə sifariş nömrəsi göstərilməklə göndərilməlidir. Müraciət Şirkət tərəfindən baxılır və qərar sifarişin statusu, görülmüş işin həcmi və üçüncü tərəf xərcləri (məsələn, artıq alınmış domen/hosting) nəzərə alınmaqla verilir.
Təsdiqlənmiş geri ödəniş məbləği istifadəçinin Platformadakı əsas balansına dərhal əlavə olunur; ödəniş zamanı istifadə olunmuş ödəniş üsuluna birbaşa əks-ödəniş isə ödəniş provayderinin texniki imkanlarından asılı olaraq adətən 3–14 iş günü ərzində həyata keçirilir.
Üçüncü tərəf provayderlərdən (domen qeydiyyatı, SSL sertifikatı, lisenziyalar və s.) alınmış və artıq aktivləşdirilmiş xidmətlərə görə ödənilmiş məbləğ, həmin provayderin öz qaydalarına tabe olduğundan, geri qaytarma məbləğindən çıxıla bilər və ya qismən geri qaytarılmaya bilər.
Son yenilənmə: 10.09.2026