2018-ci ilin iyul ayında çıxacaq Chrome 68 brauzeri SSL sertifikatı olmayan (http://) bütün saytların ünvan sətrində «Təhlükəsiz deyil» xəbərdarlığı göstərəcək. Əvvəl bu yazı yalnız parol və kart sahələri olan səhifələrdə görünürdü; indi istənilən HTTP səhifədə çıxacaq. Chrome ən çox istifadə olunan brauzer olduğu üçün ziyarətçilərin böyük hissəsi bunu görəcək.
Bu nəyə təsir edir?
- Etibar: «Təhlükəsiz deyil» yazısı olan saytda sifariş verməyə, forma doldurmağa az adam risk edir.
- Axtarış: Google HTTPS-i 2014-dən bəri kiçik də olsa sıralama siqnalı kimi qəbul edir.
- Məlumat: HTTP-də ötürülən məlumatı yolda oxumaq mümkündür.
HTTPS-ə keçid addımları
- SSL sertifikatı alın (hostinqə daxil ola bilər) və domenə qoşun.
- 301 yönləndirmə qurun: bütün
http://ünvanlarhttps://versiyasına getsin. - Qarışıq məzmunu düzəldin: şəkil, skript və CSS-lər də
https://ilə yüklənməlidir, yoxsa brauzer yenə xəbərdarlıq göstərir. - Daxili linkləri, sitemap və canonical teqini yeni ünvana çevirin.
- Google Search Console-da HTTPS versiyanı əlavə edin.
Tez-tez suallar
Sadə vizitka saytı üçün də lazımdırmı? Bəli. Forması olmasa da xəbərdarlıq göstəriləcək.
SSL axtarış mövqeyini itirərmi? Düzgün 301 yönləndirmə ilə yox, mövqe qorunur.
SSL daxil hostinq planları: hostinq seçin.



